Arif BuzovnalıMağaza
Şair Arif Buzovnalının portret fotoşəkli

Arif Buzovnalı (1972–2025)

Şair · Qəzəlxan · Tədqiqatçı

Arif Buzovnalı

Əliyev Arif Rauf oğlu · 1972–2025

Klassik qəzəl ənənəsinin çağdaş davamçısı, Xəzər Yazıçılar Birliyinin təsisçisi.

Azərbaycan ədəbiyyatında klassik qəzəl ənənəsinin davamçısı, Xəzər Yazıçılar Birliyinin təsisçisi və sədri. Doqquz kitab müəllifi, beynəlxalq şeir müsabiqələrinin qalibi.

Ömrün ötən anları · Sarı güllər · Xəzərim · Səhərimə nə qalıb ki

Həyatı

Buzovnadan başlanan yol

Arif Buzovnalı 1972-ci il sentyabrın 6-da Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979–1989-cu illərdə qəsəbədəki 26 saylı orta məktəbdə təhsil alıb.

1990-cı ildə hərbi xidmətə yollanıb, 1993-cü ildə isə könüllü olaraq Qarabağ cəbhəsinə gedərək atəşkəsə qədər Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

Ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. İlk şeirləri hələ 1980-ci illərin sonlarında qələmə alınıb, 1991-ci ildə "Azərbaycan Gəncləri" qəzetində dərc olunub.

Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var. Ailəli idi, iki övladı yadigar qaldı. 22 noyabr 2025-ci ildə doğulduğu Buzovnada vəfat etmişdir.

Arif Buzovnalının gənclik illərindən arxiv fotoşəkli
Əzizbəyov könüllülər batalyonu, 1993-cü il, Ağdamın Cəvahirli kəndi.Arif Buzovnalı cəbhədə Ədalət Rəhimov və Hacı Vaqif müəllimlə.

Fəaliyyəti

Ədəbi irs və nailiyyətlər

  1. 2003

    Təbrizdə keçirilən "Şeri-tənz" Beynəlxalq şeir müsabiqəsinin qalibi.

  2. 2010

    Urmiyyədə keçirilən "Rəzəvi" Beynəlxalq Şeir Festivalının qalibi.

  3. 2011

    Azərbaycan Yazıçılar Birliyinin üzvü.

  4. 2014–2021

    Azərbaycan Dövlət Televiziyasında "Məclisi-Üns" verilişinin daimi iştirakçısı.

  5. 2016

    Təsis etdiyi Xəzər Yazıçılar Birliyinin sədri.

  6. 2022

    AYB "Füzuli" komissiyasının sədri; Türkiyədə keçirilən Beynəlxalq Türkologiya Konqresi onun sənətinə həsr olundu.

Əsərləri

Kitablar və tədqiqatlar

  • Ömrün ötən anları1999
  • Mərifətdən həqiqətə2005
  • Səhərimə nə qalıb ki2007
  • Xəzərim2009
  • Sarı güllər2010
  • Seçilmiş əsərlər2014
  • Vadi2022
  • Qəzəllər2023
  • Məqalələr və şərhlər2025

Tədqiqat işləri

  • Xətai və Füzuli… Düşüncələr
  • Nəsimi bir baxışda
  • Qırx qəzəl – Qırx şərh
  • Çün "əhsəni təqvim" idi
Səsli şeirlər

Şairin öz səsi ilə qəzəllər

Arif Buzovnalının səsləndirdiyi şeir və qəzəllərin rəqəmsal yazılarını mağazadan əldə edin. Hər alış klassik ədəbi irsin yaşadılmasına dəstəkdir.

Mağazaya keç